Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır. Paşinyan qondarma “soyqırımı”nı təkzib etməklə...
Ermənistanın Azərbaycanın şərtlərinə “hə” deyərək sülh sənədinə imza atması bu ölkənin bütövlükdə regional vəziyyətinə təsir göstərəcək.
Belə olan halda İrəvan Bakı ilə yanaşı Türkiyə ilə də münasibətlərin normallaşması prosesində mühüm mərhələ qət edəcək.
Türkiyə ilə münasibətlərin yaradılması isə Ermənistan üçün mühüm dividendlər vəd edir.
Azərbaycanın sülh ilə bağlı mövqeyi, tələbləri birmənalı şəkildə həm də Türkiyənin maraqlarına uyğun gəlir.
O baxımdan ki, Azərbaycanın Konstitusiya dəyişikliyi ilə bağlı tələbi həm də Ankaraya qarşı olan iddialara son qoya bilər - problem ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərar ilə yanaşı 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır.
Bu mənada sülh prosesi həm bütövlükdə Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialara son qoya bilər, həm də Ermənistan üçün yeni münasibətlər sisteminin qurulmasına yol açar.
Paşinyandan qondarma “soyqırımı” açıqlaması... Son dövrlərdə Ermənistanın Türkiyəyə qarşı iddialarının əsasını təşkil edən qondarma “soyqırı