Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“Disney” Makoley Kalkin, Set Roqen və Evan Qoldberqin rol alacağı yeni “Evdə Tək” filminin çəkilişi üzərində işə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, “Disney” “Evdə Tək” filminin davamının hazırlanmasının ilkin mərhələsindədir.
Set Roqen və Evan Qoldberq orijinal filmin ulduzu Makoley Kalkinlə birlikdə ssenari üzərində işləyirlər və filmi öz şirkətləri olan “Point Grey” vasitəsilə istehsal edəcəklər.
Süjet təfərrüatları və aktyor heyəti haqqında məlumat hazırda gizli saxlanılır.
Qeyd edək ki, orijinal “Evdə Tək” filmi 1990-cı ildə nümayiş etdirilib. Filmdə doqquz yaşlı Kalkin Kevin Makkallister rolunu oynayıb. İkinci film iki il sonra 1992-ci ildə böyük ekrana çıxıb. Beş il sonra orijinal aktyor heyəti olmadan üçüncü film (1997) nümayiş etdirilib. Dördüncü və beşinci filmlər televiziya üçün çəkilib. Altıncı film isə ancaq “Disney+”da nümayiş olunub.
Xatırladaq ki, ötən yay Kalkin franşizaya qayıtmağı düşündüyünü və mümkün davam filmi ilə bağlı maraqlı ideyalarının olduğunu bildirmişdi. Həmçinin, aktyorun “McDonald's”ın Milad reklamında orijinal filmdəki yaşlı Kevin rolunda görünməsi də “Evdə Tək” filminin davamı ilə bağlı şayiələrin yenidən ortaya çıxmasına səbəb olmuşdu.