Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində toy mərasimi zamanı baş verən dava faciə ilə nəticələnib. Bıçaqlanan bəy aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, hadisə barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, yeni evlənən cütlük toy məclisini kafedə keçirib. Həmin vaxt qonşu zalda başqa bir qrup da ad günü mərasimi təşkil edib. İki tərəf arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib.
Dava zamanı bəy dostunu qorumağa çalışarkən qarşı tərəfdən olan şəxslərdən biri bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.
Ağır yaralanan bəy xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun vəziyyəti sonradan pisləşib və həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə könüllü olaraq polisə təslim olub. Olayla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)