Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Evliliyin ilk ilində ailələrin münasibətlərə müdaxiləsi, şəxsi məkanın qorunması və qarşılıqlı hörmət mühüm məsələlərdəndir.
Sherg.az xəbər verir ki, psixoloq və cütlük terapevti Kıvılcım Yücelen yeni evli cütlüklərə münasibətlərdə sərhədlərin qorunması ilə bağlı tövsiyələr verib.
Mütəxəssisin sözlərinə görə, şəxsi zamanı, məxfiliyi və ailə həyatını qorumaq hörmətsizlik deyil. Cütlüklər valideynlərinə öz ehtiyaclarını nəzakətlə izah etməli, bayram və ailə ziyarətlərində hər iki tərəfin maraqlarını nəzərə almalıdırlar.
Yücelen vurğulayıb ki, tərəflər bir-birinin hisslərini mühakimə etməməli, onları dinləməli və qarşılıqlı ünsiyyətə üstünlük verməlidirlər. Onun fikrincə, inciklik və küskünlük iki gündən artıq davam etməməlidir. Uzunmüddətli susqunluq münasibətlərdə məsafəni artıra bilər.
Psixoloq problemlər təkrarlanarsa və cütlük onları müstəqil həll edə bilməzsə, mütəxəssis dəstəyinə müraciət etməyi tövsiyə edib.