Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
30 yaşlı Nikola Qanbi sosial şəbəkə tətbiqi ilə tənha insanları bir araya gətirməyi hədəfləyir.
O, indiyə qədər 646 min dollar investisiya toplayaraq, yeni nəsil "Facebook" ola biləcək bir platforma yaratmağa çalışır.
Tənhalıq problemi və yeni sosial şəbəkə ideyası Qaynarifno xəbər verir ki, pandemiyadan sonra Londona köçən Nikola Qanbi burada dost çevrəsinə sahib olmağın çətin olduğunu hiss edib.
İngiltərənin Nottingem şəhərindən olan və bir müddət Avstraliyada yaşayan Qanbi 2021-ci ildə ortağı Ceyson İliflə birlikdə Londona köçüb.
Qanbi və İlif şəhərin sosial həyatına tez uyğunlaşacaqlarını düşünsələr də, insanlarla tanış olmağın çətinliyini anlayıblar.
Qanbi bu vəziyyəti belə ifadə edib: "Milyonlarla insanın yaşadığı bir şəhərdə olmaq, amma həqiqi bir bağ qura bilməmək necə mümkündür?" O, müxtəlif yolları sınayıb: qadın sahibkarlar üçün təşkil olunan tədbirlərdə iştirak edib, lakin bu görüşləri çox rəsmi hesab edib.
Hətta Bumble BFF kimi dostluq qurmağa kömək edən tətbiqlərə də baxıb, ancaq Facebook qruplarını "dəbdən düşmüş" və çox funksional olmayan platformalar kimi görüb.