Yeni “Fatih”lə tanış olun Fotolar

26.01.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”ndə Doğukan Güngörün həyat verdiyi Fatih obrazını canlandıracaq şəxs bəlli olub.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, bu rolu aktyor Emre Dinler oynayacaq.

Qeyd edək ki, 30 yaşlı E.Dinler “Zembilli”, “Kuruluş Osman”, “Al sancak”, “Sol yanım”, “Yasak elma” kimi layihələrdə yer alıb.

Xatırladaq ki, D.Güngörün serialdan kənarlaşdırılmasına səbəb narkotik əməliyyatı çərçivəsində saxlanılan aktyorun analizlərinin müsbət çıxmasıdır.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью