Yeni Ferrari sınaqdan keçirilib

21.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ferrari" komandasının "Formula 1" pilotları Şarl Lekler və Karlos Sayns markanın yeni flaqman modeli olan F80-i sınaqdan keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Pilotlar "Ferrari"yə məxsus olan və şirkət tərəfindən sınaq meydançası kimi istifadə edilən Fiorano trası ətrafında bir neçə dövrə vurublar.

Qeyd edək ki, "Ferrari F80" 2024-cü il oktyabrın ortalarında təqdim edilib və italyan markasının ən güclü yol avtomobilidir. Superkarın kapotu altında 883 kVt (1 200 at gücü) gücündə üç litrlik hibrid mühərrik yerləşdirilib. Avtomobil 100 km/saat sürəti 2,15 saniyəyə yığır, maksimal sürəti isə 350 km/saatı ötür.

Yeni "Ferrari" sınaqdan keçirilib

Yeni "Ferrari" sınaqdan keçirilib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью