Yeni filmin nümayişinə başlayıblar

26.12.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.

Yeni lentə alınmış "Qrenlandiya 2: Miqrasiya" filmindən üç yeni personaj posteri təqdim edilib.

Reyting.az xəbər verir ki, film "Lionsgate" studiyasında postapokaliptik janrda ekranlaşdırılıb.

Yeni ekşn-trillerin posterləri əsas qəhrəmanları canlandıran Hollivud ulduzu Cerard Batler və məşhur aktrisa Morena Bakkarinin birlikdə rol aldıqları ilk ekran işi olduğu üçün onlara həsr edilib.

Xatırladaq ki, birinci filmdə qəhrəmanlar nəhəng kometa Yerə çırpılarkən xilas olmaq üçün bunkerə çatmağı bacarsalar da, bir neçə ildən sonra sığınacaq ölümcül tələyə çevrilir və Harriti ailəsi qurtuluş ümidi ilə yenidən təhlükəli səfərə çıxmalı olmuşdular. Üstəlik, filmin qəhrəmanları fəlakətin dünyanı necə dəyişdirdiyindən xəbərsiz yola çıxmışdılar.

Yeni və ikinci filmin rejissoru Rik Roman Vo, ssenari müəllifləri isə Mitçell LaForçun, Kris Sparlinqdir.

Yeni ekran əsərinin aktyor heyətində cüzi dəyişikliklər var. Bu dəfə "Qrenlandiya 2: Miqrasiya" filmində Roman Qriffin Devis, Ember Rouz Deva, Sofi Tompson, T.J. Jenkins, Reyçel Evelinlə yanaşı, Trond Fausa Aurvaaq və başqaları da yer alıblar.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью