Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Oktyabrın 9-da dünya kinoteatrlarında bir sıra yeni filmlərin nümayişinə başlanılıb. Həftənin diqqətçəkən ekran əsərləri arasında sosial şəbəkələrin fəaliyyətini araşdıran dram-triller və qorxu janrında çəkilmiş filmlər yer alır.
Günün əsas premyeralarından biri Aaron Sorkinin rejissoru olduğu “The Social Reckoning” filmidir. “Sosial şəbəkə” filminin mövzusunu davam etdirən ekran əsəri “Facebook” şirkətindəki məlumat sızması və şirkətin fəaliyyəti ilə bağlı araşdırmalara diqqət yetirir. Filmdə Mikey Madison, Ceremi Allen Uayt və Ceremi Strong rol alıblar.
Digər diqqətçəkən ekran əsəri rejissor Rob Sevcin çəkdiyi “Other Mommy” qorxu filmidir. Cessika Çesteynin baş rolda oynadığı film ailəsini qorxudan sirli varlıqla üzləşən qızın hekayəsindən bəhs edir. Yeni ekran əsərlərinin oktyabr ayının kino gündəminə rəngarənglik qatacağı gözlənilir.
S.Rzayeva
XQ