Yeni güləş zalı istifadəyə verilib

19.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda maddi texniki bazanın yaxşılaşdırılması, infrastrukturun qurulması istiqamətində silsilə tədbirləri davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün daha bir güləş zalı istifadəyə verilib. Masallı Uşaq Gənclər İdman və Şahmat Məktəbinin güləş zalının açılış mərasimi keçirilib. Tədbirdə AGF-nin baş katibi Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, qadın güləşi üzrə millinin böyük məşqçisi Toğrul Əsgərov, sərbəst güləş üzrə U-20 yığma komandanın məşqçisi Əşrəf Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev, Masallı rayon icra hakiminin köməkçisi Zamin Kazımov, həmçinin regionda fəaliyyət göstərən güləş mütəxəssisləri iştirak edib. Çıxış edənlər güləş zalının Masallıda bu idman növünün inkişafına böyük təkan verəcəyinə inandıqlarını bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.

Qeyd edək ki, məşqçilər Maqsud Ağayev və Cavad Həsənovun rəhbərliyi altında 3 yaş qrupu üzrə güləş bölməsi fəaliyyət göstərir. Bu güləş məktəbinin idman avadanlıqlarıyla təchiz edilmiş fitnes zalı fiziki hazırlıq üzrə məşqlər üçün istifadə ediləcək. İdman mərkəzi AGF tərəfindən zəruri inventarla təmin edilib.

Əsas xəbərlər, Ümumi idman Azərbaycan İtaliyada 10 şahmatçı ilə təmsil olunacaq

14 Noyabr 2024, 15:28

Əsas xəbərlər, MEDİA, Ümumi idman Tarix yazan çempion: “Azərbaycanda qadın güləşi etibarlı əllərdədir”

10 Noyabr 2024, 20:41

Əsas xəbərlər, Ümumi idman Avropa çempionatına 22 şahmatçı ilə

7 Noyabr 2024, 17:34

Əsas xəbərlər, Ümumi idman Məşqçilər üçün Ümumirespublika seminarı təşkil ediləcək

4 Noyabr 2024, 20:50

Əsas xəbərlər, Ümumi idman Azərbaycan güləşində yeni səhifə

30 Oktyabr 2024, 9:06

Əsas xəbərlər, Ümumi idman Xaniyev Tiranada dünya çempionu oldu

28 Oktyabr 2024, 0:25

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью