Yeni Günəşli qəsəbəsində 278 saylı məktəbin yararsız hala düşən stadionu NİYƏ TƏMİR OLUNMUR?

27.01.2026

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda orta məktəbə aid stadion sahəsinin yararsız vəziyyətə düşməsi məktəblilərin və valideynlərin narazılığa səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

View this post on Instagram

Qeyd olunub ki, Yeni Günəşli qəsəbəsi ərazisində 278 saylı orta məktəbin stadionu tamamilə yararsız vəziyyətdə olsa da, nə baxan, nə də təmir edən var.

"Məktəbin direktoru da əvvəlki yolu bağlatdırıb deyə, uşaqlar məcbur qalıb yararsız vəziyyətə düşmüş bu stadionun ərazisi ilə hərəkət etməli olurlar", - deyə şikayətdə bildirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq 278 nömrəli tam orta məktəbdən bildirilib ki, sözügedən idman meydançası məktəbin balansında olsa da, ərazidə məcburi köçkünlər məskunlaşdığı üçün məktəbin istifadəsində deyil.

"Qeyd edək ki, məktəbimiz ümumi təmirə ehtiyacı olan təhsil müəssisələri siyahısına daxil edilib. Qarşıdakı illərdə məktəbimizin əsaslı təmiri aparılacağı təqdirdə, stadionun da yenidən qurulması nəzərdə tutulur.

Məktəbə gedən yolun bağlı olmasına gəlincə isə, qeyd etmək istərdik ki, həmin yol dərs vaxtı bağlı olmur - hər gün saat 18:00-da bağlanır və səhər saat 07:00-da açılır. Ətrafda məskunlaşmış insanların məktəbin həyətindən gün ərzində keçid kimi istifadə etmək istəyi təhsil müəssisəsinin təhlükəsizliyi baxımından məqsədəuyğun deyil", - deyə məktəbin məlumatında bildirilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью