Yeni Günəşli sakinləri hər gecə bu səsdən yata bilmir Dünən 4 ə qədər...

14.08.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suraxanı rayonu, Yeni Günəşli  qəsəbəsi V massivində yaşayan sakinlər narazıdırlar.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Samir Cəfərov küçəsi bina 22-nin arxasında gecələr tikinti işləri aparılır. Sakinlər səs-küydən yata bilmədiklərini deyirlər:

"Ərazidə 16 mərtəbəli bina tikilir. Ötən gecə saat 4-ə qədər işlədilər. Hər gecə burada səs-küy olur",, - deyə şikayətçi vurğulayıb.

Sözügedən kadrları təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью