Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu Anbaan video

30.10.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin D massivində iki nəfər arasında insident baş verib.

“Bakupost” xəbər verir ki, hadisə zamanı tərəflər arasında əlbəyaxa mübahisə yaşanıb.

Yayılan görüntülərdə iki nəfərin dalaşdığı, digər iki şəxsin isə onları ayırmağa çalışdığı anlar əks olunub.

"Bakupost"un əldə etdiyi məlumata görə, hadisə ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb. İnsidentdə iştirak edən hər iki şəxs müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata əsasən, mübahisəyə tərəflərdən birinin avtomobilini həmin yerdə saxlaması səbəb olub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью