Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində avtomobil idarəetməni itirərək ərazidə dayanan bir neçə nəqliyyat vasitəsinə çırpılıb.
Lent.az xəbər verir ki, bu barədə “Report”a qəzadan zərərçəkən sürücü məlumat verib.
Həmin şəxs bildirib ki, qəzaya səbəb olan sürücü bir neçə maşınla toqquşduqdan sonra 33-cü polis bölməsinin divarına çırpılıb.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən "Report"un sorğusna cavab olaraq bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.