Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Yay gələndə həmişə Bakıda su problemı yaranır.
Paytaxtın elə yaşayış sahələri var ki, ilboyu orda ya su qıtlığı yaranır, ya da su verilmir.İsti yay günlərində bunun nə demək olduğunu suyu gəlməyən sakinlər daha yaxşı bilir.
İndi də göydən " od yağır". Belə bir havada bir çox yaşayış yerlərinə su verilmir. Camaat " su" - deyib yalvarır.
İri Şəhərlərin Su Təchizi Xidməti isə bu problemlərin həllinə nail ola bilmir.
Yalan vədlərlə, boş sözlərə sakinləri aldadır və " yola verir".
Bu isə birmənalı olaraq qanun pozuntusu olmaqla yanaşı, həm də məsuliyyətsizlikdir.Məsələn, Yeni Günəşlidə on gündən çoxdur ki, əksər binalara su ya verilmir, ya da veriləndə gecə saat 12- də verilir.
Bundan da , çox insanın xəbəri olmur və qonşulardan eşidir ki, gecə binaya su verilib. Suyun bir kubmetri bir manata satılır.
Təbii ki, bu az qiymət deyil.Qiymətlər qalxanda aidiyyatı qurum deyirdi ki, suyun keyfiyyəti artacaq, xidmət yüksələcək.