Yeni Günəşlidəki iki nəfər buna görə dalaşırmış VİDEO

30.10.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin D massivində iki nəfər arasında insident baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı tərəflər arasında əlbəyaxa mübahisə yaşanıb. Baş verən insidentin Günəşli qəsəbəsi 290 nömrəli orta məktəbin yaxınlığındakı məhəllələrdə yaşandığı bildirilir

Əldə etdiyimiz məlumata görə, dalaşan şəxslər videoda görünən binada yaşayırlar. Videoda dalaşan şəxslərdən biri digərinin yerində avtomobilini saxladığı üçün məsələ əvvəlcə kiçik mübahisə şəklində yaranıb. Daha sonra əlbəyaxa dalaşan şəxsləri qonşular sakitləşdirməyə çalışıb.

Görüntülər yayıldıqdan qısa müddət sonra polis tərəfindən aparılan araşdırmalar nəticəsində hər iki şəxs müəyyən olunaraq saxlanılıb.

Səfər

bax.tvhttps://player.bax.tv/embed/228347.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью