Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Yeni Günəşli qəsəbəsinin V massivində yol problemi ilə gündəmdədir.
BAKU.WS xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə yayılıb.
Sakinlər uzun müddətdir ki, ərazidəki yolların bərbad vəziyyətdə olmasından şikayət edirlər. Belə ki, razidə aparılan qaz, su və ya digər kommunal işlər nəticəsində yolun asfalt örtüyü bir neçə yerdə kvadrat formasında kəsilərək qazılıb, lakin təmir işlərindən sonra həmin hissələr yenidən asfaltlanmayıb.
Bu da sürücülər üçün hərəkəti çətinləşdirir, avtomobillərə zərər vurur və piyadalar üçün də təhlükə yaradır.