Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yeni salınmış yolda aparılan nişanlanma işləri sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, ərazidən keçən sürücülərdən biri yoldakı vəziyyəti videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Görüntülərdən aydın olur ki, əks istiqamətli hərəkət zolaqlarını ayıran xətt yolun mərkəzindən çəkilməyib. Nəticədə yolun bir istiqamətində hərəkət hissəsi daha geniş, digər istiqamətdə isə xeyli dar qalıb.
Videoda qarşıdan gələn yük avtomobilinin öz zolağına tam yerləşə bilmədiyi üçün nişanlanma xəttini tapdalayaraq qismən əks yola çıxdığı da görünür.
Sürücü bu cür xətlənmənin hansı əsasla aparıldığını anlamadığını bildirərək yoldakı vəziyyətə təəccübləndiyini qeyd edib.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228356.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar