Yeni heyətdə kapitana yer yoxdur

30.04.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

PSJ-nin braziliyalı müdafiəçisi Markinyos yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, Fransa nəhəngi 30 yaşlı futbolçunu mövsümün sonunda satmaq imkanını nəzərdən keçirir. Markinyosla Səudiyyə Ərəbistanı klublarının da maraqlandığı bildirilir. Ona, Luis Enrikenin formalaşdırdığı yeni heyətdə yer olmadığı haqda məlumatlar yer alır.

Braziliyalı futbolçu bu mövsüm PSJ-nin heyətində 38 oyun keçirib və 2 qol vurub. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью