Yeni himayədarlar nazirliyə müraciət etdi Adımızı dəyişin

03.10.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Səbail" Ədliyyə Nazirliyinə müraciət edib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu ilin yayında klubu himayəsinə götürmüş və onu Bayıldan Qubaya köçürmək niyyəti olan yeni rəhbərlik bu prosesi rəsmiləşdirməyə çalışır.

Nazirliyə müraciətin səbəbi də budur. Sabiq "dənizçilər" oktyabrın üçüncü yarısına qədər bu işi bitirməyi planlaşdırır.

Başqa bir problem ortaya çıxmasa, "Səbail" noyabr ayından etibarən "Quba"FK adıyla I Liqada çıxışını davam etdirəcək.

"Səbail" hazırda 7 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 2 qələbə və 1 heç-heçə əldə edən kollektiv ilk iki pilləni bölüşən "Şahdağ"la "Gəncəbasar"dan 2 xal geridədir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью