Yeni hökumət ərəb coğrafiyasında danışıqlar aparır | Icma.az
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə gedib.Reyting.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.Əl-Şibaninin rəhbərlik etdiyi nümayəndə heyətinə Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab daxildir.Məlumata görə, Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri BƏƏ-də “ölkələr arasında əməkdaşlıq və koordinasiya perspektivlərini” müzakirə edəcəklər.Qeyd edək ki, BƏƏ respublikada hakimiyyət dəyişikliyindən sonra Suriya hökumət heyətinin səfər etdiyi üçüncü ölkədir.
Bir gün əvvəl Əl-Şibani, Əbu Kəsra və Xəttab Qətərə səfər edib və burada hökumət başçısı, Əmirliyin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüblər.
Yanvarın əvvəlində onlar Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə danışıqlar aparıblar.Suriya nümayəndə heyəti yaxın günlərdə İordaniyaya da səfər etməyi planlaşdırır.E.
KAMAL Ana səhifəyə dön Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu