Yeni hoteldə 45 nəfərə iş veriləcək 20 si Qarabağ sakinidir

11.07.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Prezident İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, dördmərtəbəli hotel binasında ümumilikdə 101 otaq var.

Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər.

Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.

















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью