Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Natiq Nağıyev vəzifəsindən azad edilib.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, o, yeni icra başçısı Hacıbaba Babayevin müvafiq əmri ilə işdən çıxarılıb.
Qeyd edək ki, Natiq Nağıyev öz ərizəsi ilə vəzifəsindən ayrılıb. O bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.