Yeni iddia: Gürcüstan hökuməti komendant saatı tətbiq etməyə hazırlaşır...

09.12.2024

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan hökuməti "Komendant saatı" tətbiq etməyi planlaşdırır.

24News.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Telekanal iddia edir ki, "Gürcü Arzusu" Mixeil Kavelaşvilini prezident təyin etdikdən sonra ölkədə fövqəladə vəziyyət elan etməyi və "Komendant saatı" tətbiq etməyi planlaşdırır.

Həmçinin iddia olunur ki, "Gürcü Arzusu" 12 dekabrda Tbilisinin Rustaveli Prospektini aksiyaçılardan zorakı üsullarla təmizləməyə hazırlaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью