Icma.az, Avtosfer saytına istinadən bildirir.
Təxminən 1 il əvvəl Çin innovativ qatarı təqdim etmişdi. Bu qatarı sınaqdan çıxaran çinli mühəndislər nəticədən daha da həvəsləniblər.
Avtosfer.az xəbər verir ki, maqnit levitasiyası əsasında hərəkət edən qatar (Maglev) 623 km/saat sürətə çata bilib. Hələlik bu sistemli qatar praktikada tətbiq edilməsə də, mühəndisləri daha da irəli gteməyə həvəsləndirib.
Çin Aerokosmik Agentliyi sürəti 1000 km/saata qaldırmaq üzərində işləyir.
Bu layihə reallaşacağı təqdirdə dəmir yolu aviasiya ilə ciddi rəqabət apara biləcək. Lakin yeni Maglev qatarın real tətbiqini görmək üçün illərlə gözləmək lazım gələcək.
Vüqar Yaşaroğlu