Yeni il gecəsi ehtiyatlı olun SƏBƏB

31.12.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni il gecəsi Yer kürəsində güclü maqnit qasırğası baş verə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasına istinadən məlumat yayıb.

Proqnoza görə, dekabrın 31-i səhər saatlarında zəif maqnit qasırğasının olması ehtimalı var. Günorta qasırğanın G3-ə qədər arta biləcəyi gözlənilir. Axşama doğru isə maqnit qasırğası zəifləyəcək və 2025-ci il yanvarın 1-i səhərə qədər Yerin maqnitosferi tamamilə sakitləşəcək.

Eyni zamanda, dekabrın 31-də maqnit qasırğasının baş vermə ehtimalı 15 faiz, güclü maqnit qasırğasının başvermə ehtimalı isə 25 faiz təşkil edir. Yanvarın 1-də bu göstərici müvafiq olaraq 40 və 25 faizdir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью