Yeni il süfrəsinin əsas ATRİBUTU | Icma.az
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni İl süfrəsinin əsas atributlarından biri olan paytaxt salatı xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır.
Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə “huzarensalade” kimi tanınır.
Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır.
Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir.
Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan “Ermitaj”-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır.
20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır.
Daha sonra İvanov işindən ayrılaraq “Moskva” restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus.
Tam oxu
Xəbəri oxu