Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Regionlara və otellərin xidmət səviyyəsinə görə Yeni il paketlərinin qiymətləri dəyişir. 31 dekabr – 2 yanvar tarixlərini əhatə edən təkliflər artıq bəlli olub. Otellər adətən 2 gecə 3 günlük paketlər təqdim edir və qiymətlər əsasən 2 nəfər üçün nəzərdə tutulur.
Paketlərə qidalanma, əyləncə proqramı, gala gecəsi və müxtəlif əlavə xidmətlər daxildir.
Məşhur istirahət mərkəzlərinin Yeni il paketləri aşağıdakı kimidir:
Lankaran Springs (Lənkəran) – 2 gecə 3 gün, gündə 3 dəfə qidalanma və əlavə xidmətlərlə birlikdə, 2 nəfər üçün 1500 AZN. Qafqaz Riverside (Qəbələ) – 2 gecə 3 gün, səhər–axşam qidalanma və digər xidmətlər, 1595 AZN. Shamakhi Palace (Şamaxı) – 2 gecə 3 gün, gündə 3 dəfə qidalanma və xidmətlər, 1980 AZN. Quba Palace (Quba) – 2 gecə 3 gün, 3 dəfə qidalanma və əlavə xidmətlər, 1900–2400 AZN. Macara Lake Park (Quba) – 2 gecə 3 gün, gündə 3 dəfə qidalanma və xidmətlər, 1590–2150 AZN. Marxal Resort & Spa (Şəki) – 2 gecə 3 gün, səhər–axşam yeməyi və digər xidmətlər, 840–1960 AZN. Basqal Resort & Spa (İsmayıllı) – 2 gecə 3 gün, səhər–axşam yeməyi və xidmətlər, 1860–2000 AZN. Gabala Garden Hotel (Qəbələ) – 2 gecə 3 gün, səhər yeməyi və bayram proqramı daxil olmaqla, 966 AZN. Shabran Wellbeing Resort (Şabran) – 2 gecə 3 gün, səhər–axşam yeməyi, gala gecəsi və əyləncə proqramı ilə birlikdə, 1620 AZN-dən başlayan qiymətlərlə. Fairmont Baku Flame Towers (Bakı) – fərqli kateqoriyalı otaqlar üçün lüks bayram paketləri; qiymətlər müştərinin seçiminə uyğun olaraq fərdi şəkildə müəyyən edilir. Qubek Hotel (Balakən) – 4 gecə 5 gün, gündə 3 dəfə yemək və bayram proqramı ilə birlikdə, bir nəfər üçün təqribən 330 AZN.