Yeni il üçün bölgələrdə fantastik otel qiymətləri 20002700 manat... | Icma.az
Icma.az, Bakupost portalına istinadən məlumat yayır. Yeni ilin gəlməsinə bir neçə həftə vaxt qalıb.
Adətən, bir çoxları bayramı qeyd etmək üçün rayonlara üz tuturlar.
Bəs, bayramqabağı bölgələrdə otel və kotteclərdə qiymətlər necədir?Bakupost.az bununla bağlı apardığı araşdırmanın nəticələrini təqdim edir.
Yeni ili Qubada yerləşən məşhur "Quba Palace" otelində keçirmək istəyənlər dekabrın 31-dən yanvarın 2-ə qədər 2700 manat ödəməlidirlər.
Bu, qiymət iki nəfər üçün təyin edilib. Məbləğə gündə 3 dəfə qidalanma, SPA, sauna və keçiriləcək yeni il şou-proqramlarına qatılmaq daxildi
Qiymətə səhər yeməyi daxildir. Oteldə kotteclərin qiyməti isə 600 manata qədər qalxır.
Dekabrın 31-dən yanvarın 2-ə qədər 3 günlük qiymət (2 nəfər üçün) 1450 manatdır.
Qiymətə səhər və axşam yeməkləri daxildir.Şamaxıda "Shamakhi Palace Sharadil" oteldə hazırda 10 faiz endirim mövcuddur.
Tam oxu
Xəbəri oxu