Yeni il yolkası bəzəyən kişi faciəli şəkildə öldü

10.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Rusiyanın Sankt-Peterburq şəhər sakini evdə yolka bəzəyərkən dünyasını dəyişib.

Lent.az yerli mediaya istinadla bildirir ki, zərərçəkən Kollontay küçəsindəki mənzildən Aleksandr xəstəxanasına yerləşdirilib. Həkimlər 51 yaşlı xəstəyə kəllə-beyin travması diaqnozu qoyublar. Onu xilas etmək mümkün olmayıb. Kişi tibb müəssisəsinə gətirildikdən 50 dəqiqə sonra dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı hüquq-mühafizə orqanları ilə söhbəti zamanı bildirib ki, əri yeni il yolkasını bəzəyərkən yıxılıb, nəticədə başı radiatora dəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью