Yeni ildə 7 gün ardıcıl qeyriiş günü olacaq

28.11.2024

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, gələn il 4 və 5 dekabr şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar qeyri-iş günü olacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью