Yeni ildə manqal qalayarkən yanan qadın bu gün öldü

25.01.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ilin dekabrın 31-də Sumqayıtda ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

Axar.az verir ki, hadisə şəhərin Kotec qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью