Yeni ildə neçə gün iş olmayacaq?

14.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.

2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə-bazar ertəsinə təsadüf edir. Dekabrın 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də, yəni, 3 gün ardıcıl iş olmayacaq. 3 yanvar həftənin cümə günü, yəni iş günüdür. Ondan sonrakı günlər 4 və 5 yanvar isə şənbə-bazar, yəni istirahət günlərinə düşür.

Belə hallarda adətən Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir.

Dekabrın 28 (şənbə günü), 29 (bazar günü),  31-i, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. 30-u da həmin günlərə əlavə olunarsa, ardıcıl 6 gün qeyri-iş günü olacaq.  

Nazirlər Kabineti yaxın zamanda bununla bağlı qərarını açıqlayacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью