Yeni ildə neçə gün istirahət edəcəyik? Təqvim

05.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2027-ci ildə Yeni il bayramı ilə əlaqədar neçə gün istirahət edəcəyimiz indidən maraq doğurur.
Bizim.Media Ajans.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, hər il yanvarın 1-i və 2-si Yeni il bayramı münasibətilə iş günü hesab edilmir.
2027-ci ildə yanvarın 1-i cümə, 2-si isə şənbə gününə təsadüf edir. Yanvarın 3-ü bazar günüdür. Beləliklə, beşgünlük iş həftəsi üzrə çalışanlar üçün ilkin hesablamalara əsasən, yanvarın 1-dən 4-dək ardıcıl dörd gün istirahət imkanı yarana bilər.
Qeyd edək ki, 2027-ci il üçün rəsmi istehsalat təqvimi hələ açıqlanmayıb. Buna görə də yanvarın 4-nün əlavə istirahət günü olması ilə bağlı yekun məlumat müvafiq təqvim təsdiqləndikdən sonra dəqiqləşəcək.
Xatırladaq ki, 2026-cı ildə də yanvarın 1-i və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olub. Həmin il bu tarixlər cümə axşamı və cümə günlərinə təsadüf edib, ardınca şənbə və bazar günləri gəlib. 2025-ci ildə isə yanvarın 1-i çərşənbə, 2-si cümə axşamı günlərinə düşüb.
Beləliklə, 2027-ci ilin Yeni il bayramı həftəsonu ilə birləşərsə, beşgünlük iş rejimində çalışanları ilin ilk günlərində dörd günlük istirahət gözləyə bilər.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью