News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı açıqlanıb.News24.az pravda.az-a istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.Yəni, 3 gün iş olmayacaq.
2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə təsadüf edir.
Adətən belə hallarda Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir.
Belə olarsa, dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 30 və 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq.
Beləliklə, ardıcıl 6 gün qeyri-iş günü olacaq. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.