Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeni il ərəfəsində ölkədə hava şəraitinin necə olacağı geniş maraq doğurur.
Maraqlıdır, Yeni il günlərində ölkə üzrə qar yağma ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında yaxın günlər üçün proqnozu açıqlayıb.
Ekspertin sözlərinə görə, dekabrın ikinci ongünlüyündə hava nisbətən sabit və mülayim keçsə də, birinci və üçüncü ongünlüklərdə ölkə üzrə hava şəraitinin dəyişkən, qeyri-sabit və yağıntılı olması gözlənilir.
Dağlıq ərazilərdə yağıntıların əsasən qar şəklində düşəcəyi ehtimal edilir.
“Bakı və Abşeron yarımadasında isə Yeni il gecəsi qarın yağması ehtimalı çox azdır”.
Ekspert bildirib ki, paytaxtda qarlı hava müşahidə etmək istəyənlərin ümidləri bu il də doğrulmaya bilər.