Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib

25.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ilin dekabrın 31-də ehtiyatsızlıq nəticəsində yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Kotec qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicələrə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью