Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? RƏSMİ

01.12.2025

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından BAKU.WS-ə bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir hal nəzərdə tutulmayıb.

Banu Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью