Baku.ws saytına istinadən Icma.az xəbər verir. Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb.
Hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.
Bəs görəsən Yeni ildən etibarən Azərbaycanda quru sərhədlərin açılması mümkündür? Bu baş verərsə hansı şərtlərlə həyata keçirilə bilər?
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov BAKU.WS-in suallarını cavablandırıb.
Deputat bildirib ki, mərhələli olaraq Gürcüstan və Türkiyə sərhədlərin açılması məqsədəuyğundur "Nazirlər Kabineti tərəfindən bu istiqamətdə mütəmadi qiymətləndirmə aparılır.
Məqsəd qəbul edilən qərarların Azərbaycanın təhlükəsizliyinə təsirləri müəyyənləşdirməkdir.
Bu qərarlar qəbul edilən zaman birmənalı şəkildə Azərbaycanın və Azərbaycan vətəndaşlarının təhlükəsizliyi nəzərə alınır.
Yeni dönəmdə bizim təklifimiz ondan ibarətdir ki, quru sərhədlər mərhələli şəkildə açılması məsələsinə baxılsın.