Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni il ərəfəsində ənənəvi olaraq fişənglərdən və ya digər partlayıcı vasitələrdən istifadə ictimaiyyətdə narahatlıq yaradır.
Turkustan.az xəbər verir ki, dövlət gömrük komitəsi bu cür vasitələrin ölkəyə gətirilməsinin qarşısını almaq məqsədi ilə mütəmadi məlumatlar yayır.
Bayram yaxınlaşdıqca belə vasitələrin səbəb olduğu bədbəxt hadisələrin xəbərlərin eşidirik.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, pirotexniki vasitələrdən istifadə edərkən qaydalara mütləq əməl olunmalıdır.
Hər istifadədən öncə istifadə təlimləri ilə tanış olmaq lazımdır.
Ekoloq Amin Məmmədov deyib ki, bu partlayışların ətraf mühitə də təsirləri var. Bununla bağlı risklər mövcuddur.
Bu vasitələr sıxlıq olan ərazilərdə tez alışaraq qəfl yanğınlara səbəb ola bilər. Təbiətə təsirləri heyvanlardan da yan ötmür.