Icma.az, Olke.az portalına istinadən məlumat yayır. 2025-i qarşılamağımıza sayılı günlər qalıb.
İndidən hər kəs Yeni il gecəsi üçün plan qurur. Bölgələri seçənlərin sayı isə heç də az deyil.
Müxtəlif rayonlarda hotellərin yarıdan çox hissəsi artıq rezerv olunub.
"Ölkə.az" xəbər verir ki, əsas tələbat Quba-Qusar, Şəki-Zaqatala-Qax, Lerik-Lənkəran, Şamaxı-İsmayıllı-Qəbələ zonasınadır.
Müxtəlif şou proqramlar, tanınmış müğənnilər, əyləncəli oyunlar təklif edən hotellər bayram üçün qiymətləri isə xeyli artırıb.
Hətta hotellərin 2 nəfər üçün 3 gecəyə təklif etdiyi bu qiymətlər hazırkı bəzi xarici səfərlərdən daha bahadır.Yeni il günlərində 1 nəfərin 1 gecəsi azı 250-300 və daha baha başa gəlir.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, həm yerli, həm də xarici turistlər Yeni il üçün əsasən şimal bölgəsinə üstünlük verirlər.
Qiymətlərə gəlincə, ekspert də əsasən 5 ulduzlu hotellərin baha olduğunu bildirdi.