Yeni ili iki dəfə QARŞILADILAR FOTO

02.01.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin ilk günü Honq-Konqdan havaya qalxan sərnişin təyyarəsi 2024-cü ilin Yeni il ərəfəsində Los Anceles Beynəlxalq Hava Limanına eniş edib.
Bizim.Media “abc11” nəşrinə istinadən xəbər verir ki, Cathay Pacific 880 reysi yerli vaxtla gecə yarısından sonra (00.25-də) Honq Konq Beynəlxalq Hava Limanından yola düşüb.
Reaktiv təyyarə 12 saatlıq səfərin təxminən yarısında Beynəlxalq Tarix Xəttini keçərək Sakit Okean üzərindən keçib .
Təyyarə çərşənbə axşamı, yəni dekabrın 31-i axşam saat 20:30-da Los Ancelesə eniş edib.
Beləcə, təyyarənin sərnişinləri iki dəfə, həm Çində, həm də ABŞ-da Yeni ili qarşılayıblar.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью