Yeni ilin gəlişi Naxçıvan şəhərində qeyd edilib

01.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi Naxçıvan şəhərində qeyd edilib.

“Report”un yerli bürosu xəbər verir ki, muxtar respublikanın dövlət və hökumət nümayəndələri, minlərlə sakin və qədim diyarın qonaqları şəhərin baş meydanında "Snowfest" çərçivəsində təşkil olunan bayram konsertini izləyiblər.

Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.

Yeni ilin gəlişi münasibətilə Naxçıvan şəhərində möhtəşəm atəşfəşanlıq olub. Muxtar respublika sakinləri 2025-ci ili həmrəy şəkildə, xoş ovqatla qarşılayıblar.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью