Olay.az saytına istinadən Icma.az xəbər verir.
“Survivor” proqramının aparıcısı Murat Ceylan yeni mahnısı “Kanlı Aşk”ın klipindən əvvəl imicini yeniləyib.
OLAY yazır ki, sosial media paylaşımı ilə izləyicilərinin qarşısına çıxan Ceylanın yeni görünüşü gözlənilməz şərhlərə də səbəb olub.
Paylaşımın altında “Samet Laçina oxşayıb”, “Yox, bu alınmayıb”, “Jokerə oxşayıb, bu nədir belə?” və “Estetik müdaxilə həddindən artıq olub” kimi şərhlər yazılıb. Saç rənginə görə onu “Yaprak Dökümü” serialındakı Ferhunde obrazına bənzədən şərhlər də sosial mediada diqqət çəkib.