Yeni İnkişaf Bankı Cənubi Afrikaya 1 milyard dollar verəcək

16.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Cənubi Afrika Respublikası və Yeni İnkişaf Bankı (NDB) 1 milyard dollarlıq maliyyələşdirmə müqaviləsi imzalayıblar. 

Bakıvaxtı.az "TV BRICS"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Milli Xəzinədarlığı məlumat yayıb.

Məlumata görə, vəsait Bələdiyyə Ticarət Xidmətləri İslahatı (MTSR) proqramı çərçivəsində ölkənin əsas şəhər bələdiyyələrində infrastrukturun modernləşdirilməsi və islahatların dəstəklənməsi üçün istifadə olunacaq.

Sənəddə qeyd olunub ki, NDB proqramı Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digərləri ilə birgə maliyyələşdirir. 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью