Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Yaşayan Nostradamus" kimi tanınan braziliyalı Athos Salome 2025-ci ilin kəhanətlərini açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı Salomenin kəhanətinə görə, bu il yeni insan növü - "hibrid insanlar" meydana gələcək.
O, bildirib ki, Yaponiya hökuməti 2019-cu ildə insan-heyvan hibrid embrionları üzərində tədqiqata icazə verib və məsələ keçən il yenidən gündəmə gəlib.
Salome idda edir ki, bu araşdırma 2025-ci ildə başa çatacaq və bu, bütün dünyada qeyri-adi mənəvi böhrana səbəb olacaq.
Salome bu böhranın iki əsas səbəbini görür: "Birincisi; Əgər geni dəyişdirilmiş insanlar tibbi cəhətdən normal insanlardan üstün olsaydılar, Yaponiya kimi bu texnologiyanı inkişaf etdirən ölkələr və şirkətlər üstünlük əldə edərdilər.
İkincisi isə, gen mühəndisliyi qeyri-bərabər sosial sistemin əsasını qoyacaq.
Zəngin ölkələr və çoxmillətli korporasiyalar genetik elit təbəqə yaradacaqlar.