Yeni “iPhone” almağa tələsməyin: SƏBƏB

19.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Yeni “iPhone” modellərinin böyük yeniliklərlə gəlməyəcəyi və “iPhone 18” seriyasının əvvəlki modellərlə müqayisədə ciddi fərq yaratmayacağı iddia edilir.

Redaktor.az xəbər verir ki, bu barədə “BGR” məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin payızında və 2027-ci ilin əvvəlində satışa çıxarılması gözlənilən “iPhone 18” seriyası kiçik yenilənmə ilə kifayətlənə bilər. Mütəxəssislər bildirirlər ki, “Apple” yeni cihazların texniki xüsusiyyətlərini əhəmiyyətli dərəcədə dəyişməyə bilər.

Buna görə də istifadəçilərin yeni telefon almağa tələsməməsinin əsas səbəblərindən biri məhz böyük yeniliklərin olmaması hesab edilir.

Bundan başqa, “iPhone 18” seriyasının əvvəlki modellərdən daha baha olacağı gözlənilir. Buna səbəb RAM və yaddaş komponentlərinin qiymətinin artmasıdır.

“BGR” jurnalistləri hazırda “iPhone 17” modelinin daha sərfəli seçim olduğunu qeyd ediblər. Telefonun 120 Hz ekran, güclü prosessor və ən azı 256 GB yaddaşa sahib olduğu vurğulanıb.

Məlumata görə, “iPhone 18” eyni prosessorla təchiz oluna bilər. Lakin cihazda daha yavaş yaddaş qurğusundan istifadə ediləcəyi və bunun “Apple”a istehsal xərclərini azaltmağa imkan verəcəyi iddia olunur.

“Apple”ın sentyabr ayında “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan telefonunu təqdim etməsi gözlənilir. “iPhone 18” və “iPhone 18e” modellərinin isə 2027-ci ilin əvvəlində təqdim ediləcəyi bildirilir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью