Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Gələn ay təqdim ediləcəyi gözlənilən “iPhone 18 Pro Max” modelinin kamera sistemində əhəmiyyətli yeniliklərin olacağı iddia edilir.
Demokrat.az xəbər verir ki, “Apple” dəyişkən diafraqma texnologiyasını yalnız “Pro Max” versiyasında təqdim etməyi planlaşdıra bilər. Bu texnologiyanın obyektivə daxil olan işığın miqdarını tənzimləməyə və sahə dərinliyinə daha yaxşı nəzarət etməyə imkan verəcəyi bildirilir.
İddialara əsasən, “iPhone 18 Pro Max” 6x optik böyütmə və daha inkişaf etmiş prizma telefoto linza ilə də təchiz oluna bilər. Bu yeniliklərin xüsusilə uzaq məsafədən çəkiliş zamanı görüntü keyfiyyətinin yaxşılaşdırılmasına imkan verəcəyi gözlənilir.
Dəyişkən diafraqma sayəsində istifadəçi çəkiliş şəraitindən asılı olaraq daha geniş və ya dar diafraqma seçə, bununla da işıq miqdarını, fon bulanıqlığını və fokus sahəsini daha effektiv idarə edə bilər.
Bununla yanaşı, yeni kamera sisteminin cihazın ölçü və çəkisinə də təsir göstərə biləcəyi qeyd olunur. Daha mürəkkəb optik mexanizmlərin yerləşdirilməsi səbəbindən “iPhone 18 Pro Max”ın əvvəlki modellə müqayisədə bir qədər qalın və ağır ola biləcəyi ehtimal edilir.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, “Apple” dəyişkən diafraqma texnologiyasını yalnız “Pro Max” versiyasında təqdim etməyi planlaşdıra bilər. Bu texnologiyanın obyektivə daxil olan işığın miqdarını tənzimləməyə və sahə dərinliyinə daha yaxşı nəzarət etməyə imkan verəcəyi bildirilir.