Yeni “iPhone”lar bu tarixdə təqdim olunacaq

29.06.2026

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Apple” şirkəti sentyabrın ikinci həftəsində - 8 və ya 9-da “iPhone 18” seriyalı smartfonlarının təqdimatını keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, sentyabr ayında keçiriləcək tədbirdə “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və şirkətin ilk qatlanan smartfonunun təqdim ediləcəyi gözlənilir.
Medianın bunu “iPhone Ultra” və “iPhone Fold” adlandırdığı bildirilir. Əgər “Apple” tədbiri sentyabrın 9-da keçirərsə, əvvəlcədən sifarişlərin ertəsi gün açılacağı və satışların ayın sonuna qədər başlayacağı gözlənilir.
Şayiələr flaqman smartfonların “Apple”ın yeni A20 Pro prosessorları və 12 GB RAM ilə təchiz olunacağını göstərir.
Digər tərəfdən, analitik Minq Çi Kuonun sözlərinə görə, 2027-ci ilin yazında satışa çıxarılması gözlənilən “iPhone 18” və “iPhone 18e”nin baza versiyaları 9 GB RAM ilə təchiz oluna bilər.
Bundan əlavə, “Apple” şirkətinin gələn yaz yeni nəsil yüngül “iPhone Air” smartfonunu təqdim etməsi gözlənilir.
Şirkət hələlik gələcək cihazların təqdimat tarixini rəsmi olaraq açıqlamayıb.
Yeni iPhone modellərinin sələflərindən daha baha olacağı gözlənilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью