Yeni iş yerləri əmək bazarına daxil olanların sayına çatırmı? Rəy

20.11.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

"Universitet məzunları, hərbi xidmətdən qayıdan gənclər və əmək qabiliyyətli yaşa çatan şəxslər də iş axtaranların sırasına qoşulurlar. Əgər yaradılan yeni iş yerlərinin sayı əmək bazarına daxil olan işçi qüvvəsinin sayından azdırsa, bu, işəgötürənlərin mövqeyini gücləndirir. Belə vəziyyətdə işçi təklifi çox olduğundan əməkhaqlarının artırılmasına ehtiyac azalır".

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib. Ekspert vurğulayıb ki, çalışanların sayındakı artımı hələlik dayanıqlı inkişafın göstəricisi hesab etmək olmaz. Bunun üçün əmək bazarında iş axtaranların sayı, məşğulluq səviyyəsi və əməkhaqqının dinamikası birlikdə qiymətləndirilməlidir. İnkişafına ehtiyac olan əsas istiqamətlərdən biri qeyri-neft sektorudur. Xüsusilə ixracyönümlü qeyri-neft sənayesinin inkişafı yeni iş yerlərinin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью